• Bakı 20° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

WUF13 WUF14 üçün mühüm hazırlıq platforması oldu - Baş direktor
WUF13
22 May 2026 | 13:50

WUF13 WUF14 üçün mühüm hazırlıq platforması oldu - Baş direktor

“WUF13 beynəlxalq əməkdaşlığın gücləndirilməsi və Meksikanın WUF14 ev sahibliyinə hazırlıq prosesi üçün mühüm platforma oldu”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri WUF13-ün rəsmi bağlanış mətbuat konfransında  Meksika Xarici İşlər Nazirliyində Vətəndaş Cəmiyyəti Təşkilatları ilə İş üzrə Baş Direktor Mariana Viktoriya səsləndirib.

O qeyd edib ki, WUF13-ün təşkilində UN-Habitat və gənc könüllülərin iştirakı xüsusi əhəmiyyət daşıyıb, prosesin yüksək səviyyədə həyata keçirilməsinə töhfə verib. Onun sözlərinə görə, Meksika nümayəndə heyəti forumda geniş tərkibdə təmsil olunub və şəhər planlaşdırması, diplomatiya və müxtəlif dövlət strukturlarından rəsmilər müzakirələrə qatılıblar.

Mariana Viktoriya əlavə edib ki, Meksika artıq WUF14 -ün hazırlıqlarına başlayıb və bu istiqamətdə UN-Habitat və Mexiko şəhər hökuməti ilə sıx koordinasiya aparılacaq. Onun sözlərinə görə, WUF14 Latın Amerikası üçün xüsusi əhəmiyyət daşıyır və 2030 Dayanıqlı İnkişaf Gündəliyinə aparan əsas qlobal platformalardan biri olacaq.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

21 May 2026