• Bakı 29° C

    6.04 m/s

Xor dirijorluğu və saksofon üzrə tədris proqramları yenilənib
MƏDƏNİYYƏT
13 Avqust 2026 | 13:35

Xor dirijorluğu və saksofon üzrə tədris proqramları yenilənib

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən incəsənət məktəb və mərkəzlərində istifadə olunan tədris proqramlarının yenilənməsi istiqamətində işlər davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, proqramların yenilənməsində əsas məqsəd müasir elmi-pedaqoji prinsiplər, qabaqcıl ifaçılıq təcrübəsi və milli musiqi təhsili ənənələri əsasında tədrisin keyfiyyətinin yüksəldilməsi, məzmununun zənginləşdirilməsi, eləcə də təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsidir.

Bu mərhələdə xor dirijorluğu, saksofon ixtisasları və elementar musiqi nəzəriyyəsi fənni üzrə tədris proqramları yenidən hazırlanıb.

Bildirilib ki, yenilənmiş proqramlar incəsənət məktəb və mərkəzlərində müvafiq sahələr üzrə tədris prosesinin səmərəliliyinin artırılmasına və təhsilalanların hazırlıq səviyyəsinin yüksəldilməsinə töhfə verəcək.

Qeyd edək ki, MEMİM tərəfindən daha əvvəl fortepiano, violin, tar, kamança, qanun, qarmon, xor, vokal və balaban sinifləri üçün də tədris proqramları hazırlanıb.

Yenilənmiş tədris proqramlarını MEMİM-in rəsmi səhifəsindən yükləmək mümkündür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Avqust 2026