Çinin "China Southern Airlines" aviaşirkəti bu il dekabrın 28-dən Şenyan şəhərini birləşdirən sərnişin reyslərinə başlayacaq.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Məlumata əsasən, "Airbus A330-300" təyyarəsi ilə həyata keçirilən reys Şenyandan şənbə günləri yola düşəcək və Dubaya çatacaq.
Dubaydan qayıdan uçuş şənbə günləri axşam saatlarında yola düşəcək və bazar günü Pekinin Şenyan şəhərinə çatacaq.
Bildirilib ki, hər iki istiqamətdə uçarkən Çinin cənubundakı Quançjou şəhərində 2 saat davam edən tranzit dayanacağı var.
Gülşən Şərif