• Bakı 11° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.7932

    RUB - 0.0173

McDonald's məhsullarında xəstəlik aşkar edildi - YENƏ...
DÜNYA
14 Noyabr 2024 | 13:19

"McDonald's" məhsullarında xəstəlik aşkar edildi - YENƏ...

ABŞ-nin 14 ştatında "McDonald's" restoranlarında istehsal olunan hamburgerlərdə aşkar edilən koli bakteriyasına görə xəstələnənlərin sayının 104-ə yüksəldiyi bildirilib. 

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi ölkənin 14 əyalətində McDonald's "Quarter Pounder" hamburgerində koli bakteriyalarının olması ilə bağlı açıqlama verib.

Açıqlamada sözügedən bakteriyalara görə xəstələnənlərin sayının 104-ə yüksəldiyi, 34 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib. 

Əli Hüseynov


SON XƏBƏRLƏR