Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi fəaliyyət saatlarında dəyişiklik edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin məlumatında bildirilib.
Qeyd edilib ki, Çağrı Mərkəzi noyabr ayının 14-dən 22-nə qədər saat 10:00-dan 19:00-a qədər fəaliyyət göstərəcək.