• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb
DÜNYA
07 May 2024 | 15:36

Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb

Ukraynanın əks-kəşfiyyatı və Dövlət Təhlükəsizlik Xidməti (SBU) Ukrayna Prezidenti Vladimir Zelenski və dövlətin yüksək hərbi-siyasi rəhbərliyinin digər nümayəndələrinə qarşı sui-qəsdi hazırlayan agent şəbəkəsini ifşa edib.

Bakıvaxtı.az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

    Bildirilib ki, saxlanılanlar arasında Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin iki polkovniki də var. Qeyd olunub ki, bu şəxslər "fəaliyyətinə Moskvadan Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən nəzarət edilən şəbəkəyə" Ukraynanın məxfi məlumatlarını sızdırıblar.

    Məlumata görə, şəbəkə Vladimir Zelenski ilə yanaşı, SBU-nun rəhbəri Vasili Malyuk, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və digər məmurların həyatına qarşı sui-qəsd cəhdləri planlaşdırıb.


    SON XƏBƏRLƏR

    18 May 2024