"Bundan sonra heç kimə, heç yerə müsahibə verməyəcəm. Onsuz da həyatımızda olanları hər kəs bilir, yeni nəsə yoxdur".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri teleaparıcı Zümrüd Bədəlova deyib.
Aparıcı onun haqqında yazılan xəbərlərin başlıqlarından narahat olduğunu və bu səbəbdən özünə qadağa qoyduğunu qeyd edib:
"Sən o xəbəri yazanda niyə ora elə başlıq qoyasan ki, o başlığı oxuyanda sənin bədənindəki bütün sinir hüceyrələri ölsün? Güvənirsən, inanırsan, sevərək gedirsən... Bir daha sübut olunur ki, heç kimə güvən, inam yoxdur. Güvənməyin, inanmayın".
Ziyafət Əlisoy