Bu gün Biləsuvar, Lənkəran və Yardımlı Elektrik Şəbəkələrinin (EŞ) ərazilərində 10 kV-luq hava xətlərində təmir işləri həyata keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Lənkəranın Sütəmurdov, Velədi, saat 10:30-dan 14:00-dək Biləsuvarın Xırmandalı, saat 14:00-dan 16:00-dək Yardımlının Dəlləkli, Gavran, Ostayır kəndlərində və şəhər ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Bakı 




