Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, danışıq zamanı Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib. Tərəflər Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Ərdoğan bildirib ki, iki ölkə arasında normallaşma istiqamətində addımlar, o cümlədən birbaşa ticarətin başlanmasına yönəlmiş təşəbbüslər davam edir. O, həmçinin Türkiyənin bölgədə sülh və sabitliyin təmin olunmasına dəstəyini bir daha vurğulayıb.
Bakı 




