• Bakı 18° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

NASA rəhbəri UNO iddialarına aydınlıq gətirdi

DÜNYA

02 Iyun 2026 | 23:00

NASA rəhbəri UNO iddialarına aydınlıq gətirdi

"Qəzaya uğrayan naməlum uçan obyektlərlə və ya ölən yadplanetlilər barədə sənədli sübut yoxdur"

Bakıvaxtı.az xəbər verir ki, bunu NASA-nın rəhbəri Cared Ayzekman Vaşinqtonda keçirilən "CNBC CEO Council Summit" forumunda bildirib. O qeyd edib ki, agentlikdə bu barədə heç bir sənədləşdirilmiş sübut mövcud deyil.

NASA rəhbəri eyni zamanda vurğulayıb ki, agentlikdə müəyyənləşdirilməmiş anomal hadisələrlə bağlı fayllar var və onlar mütəmadi olaraq ictimaiyyətə təqdim edilir.

Xatırladaq ki, fevral ayında Donald Tramp Müdafiə Nazirliyinə və digər aidiyyəti qurumlara yadplanetli həyat, müəyyənləşdirilməmiş hava hadisələri və naməlum uçan obyektlərlə bağlı bütün dövlət materiallarının aşkar edilərək məxfilikdən çıxarılması barədə tapşırıq verib.


SON XƏBƏRLƏR

02 Iyun 2026