• Bakı 18° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

Biləsuvarda yük maşınları bir-birinə çırpıldı - Ölən var

HADİSƏ

03 Iyun 2026 | 00:25

Biləsuvarda yük maşınları bir-birinə çırpıldı - Ölən var

Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Bakıvaxtı.az xəbər verir ki hadisə Ələt-Astara magistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “Ford” markalı yük avtomobili qarşıda hərəkətdə olan digər yük avtomobilinə çırpılıb. 

Qəza nəticəsində Masallı rayonunun Ərkivan qəsəbə sakini Ələddin Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. 

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo


SON XƏBƏRLƏR

02 Iyun 2026