İran xarici işlər naziri Abbas Əraqçi Müstəqillik Günü münasibətilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu və Azərbaycan xalqını ürəkdən təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə (İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Əraqçi İran və Azərbaycanın dərin tarixi, dini və mədəni köklərə malik iki qonşu və müsəlman ölkə olduğunu, münasibətlərin hər zaman qarşılıqlı hörmətə əsaslandığını vurğulayıb.
İki ölkə rəhbərliyinin səyləri nəticəsində əlaqələrin ikitərəfli, regional və beynəlxalq səviyyələrdə gündən-günə inkişaf etdiyini və möhkəmləndiyini məmnunluqla qeyd edib.
Sonda azərbaycanlı həmkarına cansağlığı, qardaş Azərbaycan xalqına və dövlətinə isə rifah və firavanlıq arzulayıb.
Bakı 




