• Bakı 13° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Həftənin sonunda hava necə olacaq? - PROQNOZ

CƏMİYYƏT

10 Aprel 2026 | 08:31

Həftənin sonunda hava necə olacaq? - PROQNOZ

Paytaxtda həftənin sonuna olan hava şəraiti sabit və əsasən yağmursuz keçəcək.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, aprelin 11-də Bakıda hava +8-+13°C təşkil edəcək. Əsasən aydın hava şəraiti müşahidə olunacaq. Şimal küləyi 9 m/s sürətlə əsəcək. Yağıntı ehtimalı cəmi 14%-dir. Günəş 06:09-da çıxacaq, 19:14-də batacaq.

Aprelin 12-də isə paytaxtda hava +9-+14°C olacaq. Buludlu, lakin yağıntısız hava gözlənilir. Şimal küləyinin sürəti 10 m/s olacaq. Yağıntı ehtimalı 23% təşkil edir. Günəşin çıxması 06:07, batması isə 19:15 saatlarına təsadüf edir.

Sinoptiklər yaxın günlərdə Bakıda hava şəraitinin nisbətən sabit qalacağını bildirirlər.

Murad İsmayıl


SON XƏBƏRLƏR