“ABŞ-nin İranın zənginləşdirmə proqramını məhdudlaşdırmaq iddiaları və tələbləri xəyaldan başqa bir şey deyil”.
Bakıvaxtı.az xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami "İsna" xəbər agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Amerika və İsrail müxtəlif sui-qəsdlər, təzyiqlər və hazırkı qəddar müharibə vasitəsilə heç bir nəticə əldə edə bilməyib:
“İndi ABŞ məqsədlərinə danışıqlar yolu ilə çatmağa çalışır”.
Qeyd olunur ki, Vaşinqton Tehranın nüvə silahı istehsalına yaxınlaşdığını iddia edir, lakin bu ittiham Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən təsdiqlənməyib.
Xatırladaq ki, fevralın sonunda ABŞ və İsrailin İrana hücumu Vaşinqtonun Tehrandan yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatını təhvil verməsi və bütün zənginləşdirməni dayandırması tələbindən sonra baş verib.
Aydın Baxış
Bakı 




