• Bakı 13° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

İsrailin Livana zərbələri danışıqları pozmaq məqsədi daşıyır

SİYASƏT

10 Aprel 2026 | 09:09

İsrailin Livana zərbələri danışıqları pozmaq məqsədi daşıyır

Məlum olduğu kimi, İran və ABŞ arasında iki həftəlik atəşkəslə bağlı razılıq əldə edilib. İsrail isə bu razılaşmanın Livana aid olmadığını bildirib və bu ölkəyə ağır zərbələr endirib. Nəticədə 254 mülki şəxs ölüb və Livanda 9 aprel milli matəm elan edilib. 

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İsrailin Livana davamlı hücumları ABŞ rəhbərliyi ilə İslamabadda planlaşdırılan danışıqları mənasız edir.

İsrailin Livana hücumlarının davam etməsi atəşkəs və regionda sülhə nail olmaq səylərinə necə təsir göstərə bilər? İsrailin bu hücumları ABŞ və İran arasında atəşkəsi pozmaq məqsədi daşıya bilərmi? Bu vəziyyətdə beynəlxalq təşkilatların rolu nə qədər effektivdir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Azər Qasımov bildirib ki, atəşkəs razılaşması fonunda İsrailin Livana zərbələr endirməsi danışıqları pozmaq məqsədi daşıyır:

"Lakin İsrail ABŞ-nin İranla atəşkəs razılaşmasını ona görə qəbul edib ki, iki cəbhədə vuruşmaq onun üçün çətindir və bu aralıq müddətdən istifadə edərək Livan Hizbullahını yox etmək istəyir. Bu durumda atəşkəsin şübhə altına düşməsi mütləq olsa da, İran və ABŞ-yə taktiki atəşkəs lazımdır. Tərəflər qüvvələrini yenidən qruplaşdırmağa çalışacaq. Ona görə də Livan məsələsinin danışıqları pozması ehtimalı azdır".

Azər Qasımov: İran və ABŞ-yə taktiki atəşkəs lazımdır

A.Qasımov hesab edir ki, danışıqlar isə danışıq xatirinə aparılacaq. İndiki şərtlərlə danışıqların nəticə verəcəyi ehtimalı yox dərəcəsindədir.

"İsrail indi də olmasa, bir müddətdən sonra onsuz da atəşkəsə əməl etməyəcəkdi. Beynəlxalq təşkilatlar bu müharibənin əvvəlindən fəaliyyətsiz qalıblar. Bundan sonra da hansısa addım atacaqları ehtimalı yoxdur. Dünyada artıq beynəlxalq hüquq anlayışı yox olub", - deyə Azər Qasımov qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR