• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

1 150 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb

GÜNDƏM

15 Avqust 2024 | 10:44

1 150 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb

Ötən ay İnzibati Xətalar Məcəlləsinin və Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə 1 150 nəfərə ölkə ərazisinə girişin məhdudlaşdırılması qərarı verilib.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 224, Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulma ilə bağlı 926 qərar qəbul edilib.

Bunlardan 882-si Miqrasiya Məcəlləsinin tələblərini pozmasına görə (Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə), 44-ü Miqrasiya Məcəlləsinin digər maddələrinin tələblərinin pozulmasına görə olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026