Məşhur pop qrupu “Ruki Vverx!” 14 ildən sonra ilk dəfə yeni albom çıxaracaq.
Bakıvaxtı.az “StarHit” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə qrupun solisti Sergey Jukov məlumat verib.
“Albomu bilmirəm, harda dinləyəcəksən. Amma bu, səni qaraja getməyə və köhnə stereonu çıxarmağa ruhlandıracaq”, - Jukov deyib.
Albomda 15 mahnı yer alacaq. Musiqiçinin sözlərinə görə, qrupun iyulun 25 və 26-na planlaşdırılan Lujniki stadionundakı konsertlərinə qədər hər cümə günü bir yeni trek buraxılacaq.
Bakı 




