Əməkdar artist Nuriyyə Hüseynova canlı yayım zamanı kədərli xəbər alıb.
Bakıvaxtı.az xəbər verir ki, müğənni efir əsnasında telefonuna gələn mesaj vasitəsilə bibisinin vəfat etdiyini öyrənib.
Yaxınları bu xəbəri əvvəlcədən ona deməyib və qara xəbər məhz canlı yayımda alınıb.
N.Hüseynova bunun onun üçün çox ağır olduğunu vurğulayaraq, mərhuma Allahdan rəhmət diləyib.
O bildirib ki, insanların asan hesab etdiyi sənət fəaliyyətinin görünməyən çətin tərəfləri də var və belə bir xəbəri efirdə eşitmək onu sarsıdıb./yenisabah.az
Bakı 



