• Bakı 25° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ermənistanın İTKİLƏRİ: "Azərbaycan cəza tədbirlərinə davam edəcək"

GÜNDƏM

14 Sentyabr 2022 | 16:51

Ermənistanın İTKİLƏRİ: "Azərbaycan cəza tədbirlərinə davam edəcək"

“Ermənistan heç bir beynəlxalq hüquq normalarına əməl etmir. Üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmir. Onlar 44 günlük Vətən müharibəmizdən sonra da təxribatlarından əl çəkmədilər. Ermənistan nə sülh danışıqlarına, nə də Zəngəzur dəhlizi ilə bağlı götürdükləri öhdəliklərə əməl edir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan düz 1700 erməni leşini onlara qaytardı, lakin Ermənistan minalanmış ərazilərin xəritələrini bizə vermirdi:

“Azərbaycan bu xəritəni onlardan güclə aldı. Onlar diplomatic masada, cəbhədə, hər yerdə bizə məğlub olurlar. Hər dəfə bir bəhanə uydururlar. Laçını da boşaltmaq istəmirdilər, lakin “Qisas” əməliyyatından sonra çıxmağa məcbur oldular.  Ermənilər başını itirib, nə etdiklərini bilmirlər. azərbaycan onların beş əsirini qaytarmışdı. İlin sonuna kimi sülh danışıqları yekunlaşmalı, Zəngəzur dəhlizi açılmalı idi. Brüsseldə, Moskvada olan görüşlərdə bu öhdəliklər Ermənistanın üzərinə qoyulmuşdu. Hər dəfə bir bəhanə ilə öhdəlikləri, qaydaları pozurlar”.

E. Həsənli ermənilərin indi də bu cür təxribatlara əl ataraq beynəlxalq normaları pozduqlarını vurğulayıb:

“Lakin Azərbaycanın qətiyyətli ordusu bu təxribatların qarşısını aldı. Ermənilərin 200-dən artıq canlı qüvvəsi, texnikası məhv olunub, onlara yarım milyarda qədər zərər dəyib. Ermənistan böyük biabırlıqla üz-üzədir. Hər an hər şey ola bilər. Daha geniş miqyaslı əməliyyatlar ola bilər, çünki ermənilər təxribatlarından, diversiya fəaliyyətindən əl çəkmir. Azərbaycan da cəza tədbirlərini görür. Azərbaycan güclü dövlətdir və güclü ordusu var. Ermənistan ağlını başına yığmalı və ən qısa zamanda öhdəliklərini yerinə yetirməlidir”.

Nuranə Daxilqızı 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026