• Bakı 14° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Nazirlikdən QƏRAR: Müəllimlər və psixoloqlar təlimə cəlb ediləcək  

GÜNDƏM

07 Oktyabr 2022 | 13:18

Nazirlikdən QƏRAR: Müəllimlər və psixoloqlar təlimə cəlb ediləcək

Elm və Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində təhsilalanların sağlamlığının qorunması üzrə təlimlərin keçirilməsi ilə bağlı tender keçirib.

Bakıvaxtı.az xəbər verir ki, nazirliyin bu təlimi keçirməkdə məqsədi şagirdlərdə sağlam həyat tərzi və sağlam qidalanma vərdişlərinin formalaşdırılması, onların zərərli vərdişlərlə bağlı məlumatlandırılması, yüksək sanitariya mədəniyyətinin yaranmasına yönəlmiş gigiyena təlim-tərbiyəsi işlərinin aparılması, ilkin tibbi yardımın göstərilməsinin qayda və üsullarının öyrədilməsi, təhsilalanları internet təhlükəsizliyi mövzusunda düzgün maarifləndirilməsi və onların internet resurslarının fayda və zərərləri haqqında məlumatlandırılmasıdır.

Bu istiqamətlər üzrə təhsilverənlərin və psixoloqların  bilik və bacarıqlarının formalaşdırılması üçün onlara təlimlərə cəlb olunacaq.

Nazirliyin bu məqsədlə keçirdiyi tenderin nəticəsi açıqlanıb. Tenderdə qalib gələn “Azerbaijan Professional Development Group” MMC-yə 117 mim manat ödəniləcək.

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026