• Bakı 23° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Prezidentin Praqa görüşləri: Erməni fitnəsi… - ŞƏRH

GÜNDƏM

07 Oktyabr 2022 | 11:26

Prezidentin Praqa görüşləri: Erməni fitnəsi… - ŞƏRH

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqaya gedib.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Azərbaycanın dövlət başçısının Praqada keçirdiyi görüşləri şərh edib.

“Rusiya-Ukrayna müharibəsinə görə, Qərblə Rusiya arasında ciddi siyasi böhran yaşanır. Azərbaycanın "Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirakı Qərb siyasətində uğurlu və faydalı oldu. Rəsmilərlə görüşdə öz Azərbaycan mövqeyini çatdırıb”, - deyə T.Zülfüqarov bildirib.

O, Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünün sonunda qəbul edilən bəyanatla bağlı da şərh verib: “Bu sənədin uğurlu olması Ermənsitandan asılıdır. Məncə ciddi şübhələr var ki, Ermənistan həmişə olduğu kimi bu tədbirdən sonra da ziddiyətli bəyanatlar verməyə başlayacaq. Çalışacaq ki, götürdüyü öhdəliklərdən qaçsın”.

Ramid İbrahimov  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026