• Bakı 7° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Putin vasitəçilikdə Brüsseli qabaqlamaq istəyir

SİYASƏT

07 Dekabr 2022 | 16:35

Putin vasitəçilikdə Brüsseli qabaqlamaq istəyir

“Kreml sahibi Vladimir Putinin təlimatıyla onun mətbuat katibi Dmitri Peskov patronunun diliylə “Rusiya İlham Əliyev və Nikol Paşinyan arasında görüşün keçirilməsinə kömək etməyə hazırdır” təklifini səsləndirib. Putinin məqsədi vasitəçilikdə Brüsseli qabaqlamaqdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert qeyd edib ki, il ərzində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə 4 görüş keçirilib:

“Görüşün 5-cisi noyabrda nəzərdə tutulmuşdu, olmadı, dekabra təxirə salındı. Ancaq Paşinyanın “görüşdə Fransa prezidenti Emmanuel Makron da iştirak etsin” tələbi Brüssel görüşünü sual altına qoyub.  Bundan istifadə edən Kreml təşəbbüsü ələ almağa çalışır".

Politoloq hesab edir ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya dəvət edilməsinin səbəblərindən biri də bu idi: "Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında Azərbaycan və Ermənistan liderlərinin ilin sonuna qədər görüşə biləcəyini istisna etmədiyini söylədi, ancaq məkan göstərmədi. Lavrovun Bayramovla görüşünün ardından Kreml məkan yerini göstərdi: “Görüş Rusiyada keçirilsin”. Rusiya ərazisindəki görüş və müzakirələr heç vaxt Azərbaycanın xeyrinə olmayıb”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR