• Bakı 18° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

İtkin düşən məktəbli tapıldı - YENİLƏNİB

CƏMİYYƏT

18 Yanvar 2024 | 11:21

İtkin düşən məktəbli tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən məktəbli tapılıb.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, yanvarın 15-16-da Bakının 29 nömrəli tam orta məktəbin 1 nəfər 11-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərs prosesində iştirak etməyib.

"Sinif rəhbəri məktəblinin himayəsində yaşadığı yaxın qohumu ilə əlaqə saxladıqda şagirdin səhər evdən çıxdığı və sonradan evə qayıtmadığı məlum olub. Uşağın qohumu tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.

Məktəb rəhbərliyi tərəfindən digər şagirdin köməyi ilə “İnstagram” hesabı vasitəsilə şagirdlə əlaqə saxlanılıb, yeri müəyyən edildikdən sonra hüquq-mühafiqə orqanlarına da məlumat verilib.

Şagirdlə məktəb rəhbərliyi və psixoloq tərəfindən müvafiq söhbət aparılıb, hazırda məktəbdədir, Böyük Summativ Qiymətləndirmədə iştirak edir", - məlumatda qeyd olunub.

***

09:31

Bakıda 17 yaşlı gənc itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, Nahid Cəfərov Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, qohumu 2007-ci il təvəllüdlü Amil Məmmədov yanvarın 15-də Xətai rayonu, Şirvan küçəsində yerləşən 29 saylı orta məktəbə gedib və geri qayıtmayıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR