• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

2022-2023-cü tədris ili üçün tədris planları təsdiqləndi

CƏMİYYƏT

28 Iyul 2022 | 15:00

2022-2023-cü tədris ili üçün tədris planları təsdiqləndi

Təhsil naziri Emin Əmrullayev "Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında" əmr imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, əmrə əsasən Azərbaycan Respublikasının tədris Azərbaycan dilində və digər dillərdə aparılan, azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün aşağıdakı tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib:

1. Ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün tədris planları (1, 2 nömrəli əlavələr);

2. Azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üçün tədris planları (3, 4, 5, 6 nömrəli əlavələr);

3. “Tədris planlarına dair qeydlər” (7 nömrəli əlavə).


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026