Avqustun 28-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında yağmursuz. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-36° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 34-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.
















