• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

27 Sentyabr: Milli Anım günü, yoxsa Milli And günü?

CƏMİYYƏT

26 Sentyabr 2022 | 10:34 | Müəllif: Qalib İbrahimoğlu

27 Sentyabr: Milli Anım günü, yoxsa Milli And günü?

27 sentyabr günü Milli Anım günü yox, Milli And günü olmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib.

Ə. Əlibəyli qeyd edib ki, sabah Vətən müharibəsinin başladığı gündür, Amma niyəsə və nə üçünsə sabahkı vacib və müstəsna günü "Anım günü" olaraq təkif ediblər:

“Halbuki, bu, bizim qara zolaqdan çıxmağımızın ilk günü, tarixi və ideoloji bazisinin təməlinin atıldığı gündür.

Sözügedən aydan başlayaraq, təqvimin təxminən, 6 ayı - (son 2 ildə) torpaq azad etdiyimiz gündür.

Nəhayət, 27 sentyabrda əsgərlərimizin and içib döyüşə atıldığı gündür.

Bu döyüş tarixi özü ilə azadlıq, şəhidlik və digər torpaqların işğaldan qurtarılmasını gətirdi.

Çünki 27 sentyabr günü ordu vətən andı içmişdi.

Sözügedən prosesin adı şəhidlərin də xatirəsinə Milli Anım Günü deyil, Milli And Günü olmalıdır.

Bu, onların xatirəsini təkcə, 27 sentyabr günü anmaqla yetməyəcək, xalqımızın yaşadığı müddətdə andı olaraq qalacaq”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR