• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kraliçanın atları satışa çıxarıldı

CƏMİYYƏT

26 Oktyabr 2022 | 10:11 | Müəllif: Qalib İbrahimoğlu

Kraliçanın atları satışa çıxarıldı

İngiltərə kralı III Çarlz, Kraliça II Elizabetdən qalan 14 yarış atını hərraca çıxarıb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, kraliçanın atlarından 14-ü Nyumarket şəhərindəki Tattersalls At Auksion Mərkəzində hərraca çıxarılacaq.

Bununla bağlı açıqlama verən Tattersall sözçüsü Jimmy George, kralın hər il at satdığını və bunun adi bir vəziyyət olduğunu deyib. Həftə boyu davam edəcək hərracda 1500-ə yaxın at satışa çıxarılacaq.

Qeyd edək ki, atlara olan həvəsi ilə tanınan Kraliça 60 ildən artıqdır atları yetişdirib və yarışdırıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026