• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bakı dairəvi yolunda dəyişiklik edildi

CƏMİYYƏT

25 Noyabr 2022 | 09:50

Bakı dairəvi yolunda dəyişiklik edildi

Bakı dairəvi yolunda sürücüləri narahat edən, nişanlanma ilə bağlı problem aradan qaldırılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov məlumat verib. 

Onun sözlərinə görə, həmin yolda nişanlanma oxu dəyişdirilib: “Yolun Alatava qəsəbəsinin bərabərində sağ kənar hissədən sola - orta hərəkət hissəsinə keçid edərək Biləcəriyə getmək üçün olan kəsiyi qarşısında sol zolaqdakı 1.18 nişanlanma oxu dəyişdirilib. Həmin ox sol zolaqdan yalnız sola hərəkətə icazə verirdi. Bu da hərəkət şəraitinə və oradan sola gedən avtomobillərin sayına uyğun deyildi. Bizim də bu məsələni işıqlandırmağımızdan sonra həmin ox dəyişdirildi və indi sol zolaqdan həm düzünə, həm də sola getmək olar”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026