• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Nazir rəis müavinini işdən çıxartdı

CƏMİYYƏT

24 Dekabr 2022 | 19:50 | Müəllif: Subhan Mahmudov

Nazir rəis müavinini işdən çıxartdı

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Rasim Mirzəyev vəzifəsindən azad edilərək sərəncama götürülüb. Onun xidmətdə yol verdiyi nöqsanlara görə vəzifədən azad edildiyi bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov rəis müavininin sərəncama götürülməsi ilə bağlı məlumatı saytımıza təsdiqləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026