• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Azərbaycanda “Omicron”un altnövünə yoluxan var?

CƏMİYYƏT

23 Yanvar 2023 | 17:34

Azərbaycanda “Omicron”un altnövünə yoluxan var?

Azərbaycanda “Omicron” ştamının yeni altnövü olan “Kraken”ə yoluxan yoxdur. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  Səhiyyə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, hazırda ölkədə COVID-19 virusunun aşkarlanması, virusunun növünün müəyyən edilməsi, həmçinin “Omicron” variantının altnövünün aşkar edilməsi üçün test dəstləri və laboratoriya imkanları mövcuddur: ““Omicron”un yeni ştamı hələ ki, qeydə alınmayıb. Epidemioloji vəziyyət nəzarət altındadır”.

Xatırladaq ki, bir neçə gün əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycana “COVID-19” virusunun bütün ştamlarını aşkar edə bilən 450 sayda test gətirildiyini açıqlamışdı. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026