• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Fadia Saadah  Azərbaycana gəlir
 

CƏMİYYƏT

22 Fevral 2023 | 16:01

Fadia Saadah Azərbaycana gəlir

Fevralın 22-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda insan inkişafı üzrə direktoru Fadia Saadah Azərbaycana səfər edəcək.

Bakıvaxtı.az  xəbər verir ki, iki gün davam edəcək səfər çərçivəsində F.Saadahın bir sıra rəsmi şəxslərlə görüşü gözlənilir.

O, həmçinin Azərbaycan üzrə yeni hazırlanmış İnsan Kapitalı İcmalının təqdimatında iştirak edəcək.

İnsan Kapitalı İcmalının (HCR) məqsədi Azərbaycanda əsas insan kapitalı aspektlərinin vəziyyətini və bu sahədə çağırışları qiymətləndirmək, gücləndirilməsi zəruri olan prioritet istiqamətləri müəyyən etmək və ölkə üçün spesifik həll yollarını təklif etməklə Azərbaycan hökumətinə 2030-cu ilə qədər Milli Prioritetlərin və 2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsinə dəstək verməkdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026