• Bakı 23° C

    3.34 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Oğurluğa görə axtarışda olan şəxs tutuldu

CƏMİYYƏT

24 Mart 2023 | 10:34 | Müəllif: Subhan Mahmudov

Oğurluğa görə axtarışda olan şəxs tutuldu

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılan “Toyota” markalı avtomobildə sərnişin olan Mirkamil Səmidovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib. 

Bakıvaxtı.az xəbər verir ki, M.Səmidov saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə təhvil verilib. 

Araşdırmalarla onun fevralın 20-də rayon ərazisindəki evlərin birindən 100 manat, 10750 ABŞ dolları və 12050 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026