• Bakı 18° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Bərdədə silahlı insident - Xəsarət alan var

CƏMİYYƏT

22 Aprel 2023 | 21:10 | Müəllif: Subhan Mahmudov

Bərdədə silahlı insident - Xəsarət alan var

Bərdədə silahlı insident baş verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, bu gün saat 18 radələrində Bərdə rayonunda 1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zəminində öz qonşusu 1993-cü il təvəllüdlü Elşad Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirib.

E.Məmmədov xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

R.Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR