• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

BQXK-yə məxsus avtomobillər Xankəndi yolunda

CƏMİYYƏT

22 Aprel 2023 | 18:57 | Müəllif: Subhan Mahmudov

BQXK-yə məxsus avtomobillər Xankəndi yolunda

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndi istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 4 yük və 4 minik avtomobili ərazidən maneəsiz keçib. Minik avtomobillərinin içərisində erməni əsilli ailələr də olub.

Bu, bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Laçın-Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır.

Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabrın 12-dən başlayan aksiya 132 gündür davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR