Dövlət Reklam Agentliyinin (ADRA) Bakı Şəhəri Reklam İdarəsi qısa mesaj (SMS) məlumatlandırma xidmətinin satın alınması ilə bağlı elan etdiyi tenderin nəticəsini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “Bimtek Mobile Solutions and Marketing Limited” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Qalib şirkətlə 29 min 630 manat dəyərində müqavilə bağlanacaq.
Tenderin şərtlərinə görə, qalib şirkət Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin elektron "İcazələr Sistemi" xidmətlərindən istifadə edən reklam yayıcılarına 1 milyon 185 min 200 ədəd SMS bildirişlərinin göndərilməsini təmin etməlidir.
Ramid İbrahimov
















