Veysəloğlu Şirkətlər Qrupunun strukturunda olan “Araz” supermarketlər şəbəkəsi, yaxud hüquqi adı ilə “Araz Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnib.
Bakıvaxtı.az xəbər verir ki, “Araz Supermarket” barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi əsasında protokol tərtib olunaraq iş Gəncə Şəhər Məhkəməsinə göndərilib.
Məcəllənin 518.1-ci maddəsi yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi ilə bağlıdır. Bu maddədə qeyd edilib ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
İş hakim Asif Əliyevin sədrliyilə araşdırılacaq.
Ramid İbrahimov
















