Yayda günəş şüalarının təsiri ilə bədəndə tərləmə halı müşahidə olunur. Bu proses saç dibi, qolaltı, ayaqarası, əllər-ayaqlar və s. nahiyələrdə daha çox rast gəlinir. Lakin, bəzi insanlarda bu hal həddən artıq müşahidə olunur. Bəs tərləyən zaman nə etməliyik? Bu proses niyə baş verir?
Dermatoloq, trixiloq, kosmetoloq Aygün Mustafayeva Bakıvaxtı.az-a bildirib ki, tərləməyin müxtəlif səbəbləri var: "Tərləmək, ümumiyyətlə, bədənin xüsusiyyətlərinə xasdır. Bu zaman orqanizmindən toksiki maddələr ifraz olunur. Əslində tərləmənin xeyirli bir tərəfi odur ki, dəri nəfəs alır”.
Onun sözlərinə görə, ancaq bəzən bu proses həddən artıq davam edir. Çox tər həm geyimlərdən estetik baxımdan pis görünür, həmçinin hər şeyin artığı ziyan olduğu kimi bu da xeyirə əlamət deyil. Dermatoloq qeyd edib ki, ümumiyyətlə, tərləmənin müxtəlif səbəbləri var. Buna daha çox vitamin D əskikliyi, nevroloji, yaxud həyəcan, fiziki hərəkətlər, qorxu, əsəbiləşmək, kimi vəziyyətlərdə rast gəlinir.
A.Mustafayeva onu da qeyd edib ki, bu probləmin qarşısını müəyyən üsulla almaq olar: "Xaricdən istifadə edilən preparatlar və kosmetoloji prosedurlar mövcuddur ki, bunlar vasitəsilə tərləməni müvəqqəti olaraq dayandırmaq olar. Bu, bir terapiya üsuludur. Sərfəlidir, çünki 4-6 ay ərzində tər ifrazı dayanır. Ümumiyyətlə çox tərləyən şəxslər həkimə müraciət edib, müəyyən müddət ərzində müalicə almaqla da tərləmənin qarşısını ala bilərlər. Çünki tərləmə prosesinin nədən qaynaqlandığını bilib, ona uyğun prosedur tətbiq etmək lazmdır. Həddən artıq tərləmənin qarşısını birdəfəlik almağa isə heç bir üsul kömək olmur. Yalnız cərrahi üsulla aradan qaldırıla bilər".
Xəyalə Rza
















