Füzuli rayon general M.Əsədov adına Əhmədbəyli kənd tam orta məktəbində elektrik enerjisi təchizatının dayandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məktəbin müəllimi Anar Azadov məlumat verib.
O qeyd edib ki, təhsil müəssisəsinin elektrik enerjisi təchizatı borca görə dayandırılıb.
Məsələ ilə Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsindən Bakıvaxtı.az-a bildirilib ki, bu gün sözügedən məktəbin elektrik enerji borcu ödənib: “Sabah təhsil müəssisəsinin elektrik enerji təchizatı davam etdiriləcək”.
Ramid İbrahimov


jpg-1677069911.jpg)













