• Bakı 11° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

"Google" yeni məxfi layihə üzərində çalışır

CƏMİYYƏT

25 Noyabr 2022 | 02:44 | Müəllif: Qalib İbrahimoğlu

"Google" yeni məxfi layihə üzərində çalışır

Google şirkəti yeni məxfi layihə üzərində çalışır.

Bakıvaxtı.az xəbər verir ki, şirkətin yeni məxfi layihəsi çərçivəsində neyron şəbəkə əsasında proqram kodunu generasiya edə biləcək süni zəka sistemi hazırlanır. Məlumata əsasən bu cür sistem fərdi şəkildə proqram kodları yarada, onları yeniləyə və onlardakı səhvləri aradan qaldıra bilər. Bu layihə Google şirkətinin foto, video və s. generasiya etməyi bacaran süni zəka alqoritmlərinin yaradılması ilə bağlı olan daha böyük proqramının bir hissəsidir. Məlumatda qeyd edlib ki, proqram kodunun generasiyası layihəsi Pitchfork kod adına sahibdir.

O, Alphabet holdinqinin “X” adlı şöbəsində yaradılıb. Bu ilin yay fəslində isə Google Labs. komandasının mühəndisləri bu layihəni reallaşdırmağa başlayıblar. Məlumatda qeyd edilib ki, Pitchfork proqram kodunun özü-özünü yazması və təkmilləşdirməsi üçün hazırlanır. Güman olunur ki, bu layihə çərçivəsində yaradılacaq süni zəka alqoritmi proqramlaşdırma tərzini analiz edə və analiz nəticəsində əldə edilmiş məlumatlar əsasında kod yaza biləcək (technote.az). Pitchfork layihəsinin ilkin məqsədi Python proqramlaşdırma dilinin kod bazasını yeniləməyə imkan verəcək alətin yaradılması idi. Bu halda sözügedən proses üçün əsl proqramçıları cəlb etməyə ehtiyac qalmayacaqdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026