• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu qidalar oynaqlarda ağrılara səbəb olur - SİYAHI

CƏMİYYƏT

26 Oktyabr 2022 | 07:00 | Müəllif: Qalib İbrahimoğlu

Bu qidalar oynaqlarda ağrılara səbəb olur - SİYAHI

Rafinə olunmuş karbohidrat qidalar oynaqlarda ağrıları kəskinləşdirir.

Bakıvaxtı.az medicina.az-a istinadla xəbər verir ki, dietoloq Vasilisa Ponomaryeva oynaqlarda artriti, artrozu, iltihabı kəskinləşdirən ən pis qidaları açıqlayıb.

"Xəstələr oynaq iltihabı və ağrılarını kəskinləşdirən qidalardan uzaq durub, simptomları azaldan qidaları yeyə bilər.

Bunlara rafinə olunmuş karbohidratlar, un, şirniyyat, un məmulatı, ağ düyü, peçenye, fast-food daxildir.

Hazırkı buğda rafinə olunub, onun lifi yoxdur. Müasir buğdadan, ağ undan qidalar oynaq ağrılarını daha da kəskinləşdirə bilər.

Buğda nəinki oynaqlarda, bütün bədəndə iltihaba səbəb olur.

Ağ un əvəzinə çovdar, qəhvəyi düyü, qarabaşaq, tam taxıl seçin.

Oynaq ağrıları olanlar alkoqol, siqaret, qazlı içki, marqarindən uzaq durmalıdır.

Daha çox zeytun yağı, balıq yağı, balıq, qoz, meyvə, pomidor yeməlidir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR