• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

2022-ci il üçün dövlət büdcəsinə dəyişikliklər qəbul edildi

SİYASƏT

29 Iyun 2022 | 11:13 | Müəllif: Qalib İbrahimoğlu

2022-ci il üçün dövlət büdcəsinə dəyişikliklər qəbul edildi

2022-ci il üçün dövlət büdcəsinə dəyişikliklər qəbul edilib.

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə səs çoxluğu ilə qəbul olunub.

Layihəyə əsasən, 2022-ci il üçün dövlət büdcəsində neftin bir barrelinin qiyməti 50 dollardan 85 dollara çatırılacaq.

Eyni zamanda, layihəyə əsasən, 2022-ci il dövlət büdcəsi gəlirlərinin 2 381.8 milyon manat artırlaraq 29 197.8 milyon manata, xərclərinin isə 2 424.8 milyon manat artırılaraq 32 303.8 milyon manata çatdırılması nəzərdə tutulub.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026