• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

2600 illik dövrə işıq tutacaq KƏŞF

DÜNYA

26 Yanvar 2024 | 11:34

2600 illik dövrə işıq tutacaq KƏŞF

Yunan və Avstriya arxeoloqlarından ibarət qrup 1200 illik tarixi üzə çıxarıb.

Bakıvaxtı.az xarici mediaya istindən xəbər verir ki, bəşər tarixinin mühüm bir dönəminə işıq salacaq bir kəşf bəşəriyyətlə görüşmək üzrədir.

Arxeoloqlar Yunanıstanda bir təpənin başında nəhəng qalıq tapıblar. Mifologiyanı tarixə çevirməyə başlayan qalıqlar daha əvvəl aşkar edilmiş heç bir əsərə bənzəmir.

Yunanıstan Mədəniyyət və İdman Nazirliyinin mövzu ilə bağlı verdiyi açıqlamada Yunan və Avstriya arxeoloqlarından ibarət ortaq bir qrupun ölkənin cənub-qərbində itirilmiş qədim Samikon şəhərini araşdırmaq üçün beş illik layihənin ortasında olduğu açıqlanıb.

Tədqiqatçılar Poseydonun ziyarətgahı olaraq təyin etdikləri çoxsaylı qalıqlar aşkar ediblər. Qalıqların qədim yunan mətni olan Geographica-da təsvir edilən əhəmiyyətli, lakin çoxdan itmiş bir ziyarətgahın yeri ilə uyğunlaşdığı öyrənilib. Mifologiyada dəniz tanrısı sayılan Poseydon əhəmiyyətli bir fiqur olaraq qəbul edilir.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, məbəd qalıqlarında aparılan qazıntılar zamanı binanın arxeoloqların düşündüyündən daha böyük olduğu üzə çıxıb. Quruluşun hündürlüyünün 90 fut, eninin isə, təxminən, 30 fut olduğu bildirilir.

Kəşf haqqında məlumat verən arxeoloqlar 2600 illik binanın iki əsas otağı və daha kiçik üçüncü otağı olduğunu deyiblər. Müəyyən edilib ki, qeyd olunan orden məbəd üçün qeyri-adidir və dəqiq paraleli yoxdur.

Araşdırmalar nəticəsində qədim ziyarətçilərin məbəddə iki tanrıya sitayiş etmiş ola biləcəyi və ya böyük bir otağın ictimai zal kimi qeyri-dini məqsədə xidmət etdiyi bildirilib. Qeyd olunub ki, arxeoloqlar hələ də müxtəlif yerlərin funksiyalarını bilmirlər. Nazirlik açıqlamasında qalıqdan tapılan əşyaların buranın Poseydona aid müqəddəs ərazinin bir hissəsi olduğunu göstərdiyini vurğulayıb.

Arxeoloqlar bir neçə sütunun əsaslarını, rituallarda tez-tez istifadə olunan şərab şüşəsinin fraqmentlərini və qədim yunan ziyarətgahlarında adətən ritual yuyulma üçün istifadə edilən mərmər su hövzəsinin bir hissəsini aşkar ediblər.

Ay Tac


2600 illik dövrə işıq tutacaq KƏŞF2600 illik dövrə işıq tutacaq KƏŞF2600 illik dövrə işıq tutacaq KƏŞF
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026