• Bakı 22° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

28 May küçəsində hərəkət tamamilə məhdudlaşdırılacaq

CƏMİYYƏT

12 Avqust 2024 | 14:35 | Müəllif: Əli Hüseynov

28 May küçəsində hərəkət tamamilə məhdudlaşdırılacaq

Avqustun 13-də saat 08:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində (K.Səfərəliyeva küçəsindən Puşkin küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edək ki, növbəti mərhələdə təmir işləri Puşkin küçəsindən R.Behbudov küçəsinədək olan hissə üzrə aparılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026