• Bakı 17° C

    5.62 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

4 Dövlət sabah birgə təlim keçirəcək

DÜNYA

10 Avqust 2023 | 15:57

4 Dövlət sabah birgə təlim keçirəcək

Avstraliyanın Sidney şəhəri sahillərində ABŞ, Yaponiya, Hindistan və Avstraliya avqustun 11-də “Malabar” hərbi dəniz təlimi keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri 7-ci Donanmasının komandanı vitse-admiral Karl Tomas avqustun 10-da keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu təlim başqa bir dövlətə qarşı keçirilmir: “Bu, 4 dövlətin birgə işləməsini yaxşılaşdırmaq üçün nəzərdə tutulub”.

Qeyd edək ki, “Malabar” təlimini 1992-ci ildən ABŞ və Hindistan birgə keçirir. 2007-ci ildən onlara Avstraliya da qoşulub. Çinin etirazına görə, bir il sonra Avstraliya bu “dördlük”dən çıxmışdı. Ancaq rəsmi Pekinin yenidən etirazlarına baxmayaraq, 2020-ci ildə yenidən “Malabar”a qatılıb.

Məlumata görə, 4 ölkənin gəmilərinə Avstraliyanın “F-35” qırıcıları, ”P-8” müşahidə təyyarələri və sualtı qayıqları da qoşulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026