• Bakı 17° C

    6.29 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Türkiyə Mərakeşə yardım edə bilər

DÜNYA

09 Sentyabr 2023 | 12:49

Türkiyə Mərakeşə yardım edə bilər

Türkiyə dağıdıcı zəlzələnin baş verdiyi Mərakeşə yardım etməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

“Dost və qardaş Mərakeş xalqına və hökumətinə başsağlığı verir, ölənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik. Türkiyə hər zaman olduğu kimi yaraların sağalması üçün hər cür dəstəyi göstərməyə hazırdır”, - deyə bəyanatda qeyd edilib.

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mərakeşdə baş verən təbii fəlakətlə bağlı başsağlığı verib.

Xatırladaq ki, Mərakeşdə 6,9 bal gücündə zəlzələ baş verib. Zəlzələdə ölənlərin sayı 632-yə çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR