Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri 350 rus işğalçısını məhv edib.
Bakıvaxtı.az UNİAN-a isrinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook”da dərc olunan hesabatında deyilir.
Məlumata görə, ümumilikdə, genişmiqyaslı işğal başlayandan bəri təcavüzkarın itkiləri artıq təxminən 282 630 nəfər təşkil edib. Düşmənin döyüş və digər hərbi texnikasına gəlincə, oktyabrın 9-dək Rusiyanın 4823 tankı, 9126 zirehli döyüş maşını, 6706 artilleriya sistemi, 808 raket sistemi, 543 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 5190
əməliyyat-taktiki səviyyəli PUA, 1530 qanadlı raket, 20 gəmi/qayıq, 1 sualtı qayıq,
9113 avtomobil avadanlığı və yük maşını, 959 xüsusi texnikası məhv edilib.
Murad Məmmədli
















