Rusiyanın paytaxtı Moskva ətrafında yerləşən Kolomensk şəhərinin meri Denis Lebedev mənzildə ölü tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Məlumata görə, ölümün ilkin səbəbi kimi intihar versiyası göstərilir.
Qeyd edək ki, Kolomensk şəhər administrasiyasının saytında yer alan məlumata görə, 46 yaşlı Lebedev 2016-cı ilin oktyabr ayından bəri mer vəzifəsində çalışıb.















