Böyük Britaniya Kraliçası II Elizabet 59 ildən sonra ilk dəfə Britaniya parlamentinin rəsmi açılış mərasimində iştirak edə bilməyib. Kraliçanın nitqini oğlu şahzadə Çarlz oxuyub.
Bakıvaxtı.az xəbər verir ki, parlamentin yeni qanunvericilik ilinin açılış mərasimində bu il İngiltərə Kraliçası II. Elizabet iştirak edə bilmədi.
Məlumata görə, 59 ildən sonra Britaniya parlamentinin rəsmi açılış mərasimində ilkə imza atılıb. Belə ki, 96 yaşlı kraliçanın yerinə onun oğlu Uels şahzadəsi II Çarlz Elizabetin adından danışdı. 1959 və 1963-cü illərdə taxtda oturduğu 70 ildə hamilə olduğu üçün cəmi iki dəfə parlamentin açılışına qatıla bilməyən kraliçanın kritik qərarının səbəbi maraq doğurub.
"Kraliçanın epizodik hərəkətlilik problemləri davam edir. Həkimləri ilə məsləhətləşərək o, sabahkı parlamentin rəsmi açılışında iştirak etməmək qərarına gəlib", - deyə Bukinqem Sarayının dünənki açıqlamasında bildirilir.
Aytac Aslan
















