• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

7 ayda DSMF-nin xərcləri 15 faiz artıb

CƏMİYYƏT

15 Avqust 2023 | 11:26 | Müəllif: Qalib İbrahimoğlu

7 ayda DSMF-nin xərcləri 15 faiz artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 7 ayında proqnozla müqayisədə 7 faiz və ya 243 mln. manat çox olmaqla 3 mlrd. 848 mln. manat təşkil edib.

Bu barədə Bakıvaxtı.az-a ƏƏSMN-dən bildirilib.

Məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-iyul aylarında proqnoza nisbətən 9 faiz və ya 243 mln. manat artaraq 2 mlrd. 985 mln. manat olub.

Həmin dövrdə DSMF-nin xərcləri 3 mlrd. 513 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz və ya 460 mln. manat çoxdur.

 

 

 

 

 


7 ayda DSMF-nin xərcləri 15 faiz artıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR