• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

700 orta məktəb direktorsuzdur

CƏMİYYƏT

12 May 2023 | 13:49 | Müəllif: Qalib İbrahimoğlu

700 orta məktəb direktorsuzdur

“Ölkəmizin 700 orta məktəbində rəhbər yoxdur. Təkcə mənim deputatı olduğum 60 saylı Salyan-Neftçala seçki dairəsində 20 məktəbdə direktor yoxdur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti plenar iclasında deputat Fəzail Ağamlı “Təhsil haqqında”, “Elm haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, orta məktəbi bitirənlərin yarısı ali təhsil alırsa, yarısı qeyri-müəyyən vəziyyətdə həyatına davam edir.

Deputat qeyd edib ki, peşə təhsili gücləndirilməlidir: "Elm və təhsillə bağlı qanunlara əlavə dəyişikliklər edilməlidir. Bu barədə müzakirələr və dinləmələr olmalıdır”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR